28 C
Baku
11 Sentyabr 2025, 13:15
Baş xəbərİqtisadiyyat

Daha yeni bir inzibati bina istifadəyə verilib

Bugun.tv xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunan bina Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılıb.

Bu yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.

Mənbə: AZTV

Aynur Camal

Oxşar xəbərlər

Nazirlər kabineti xüsusi karantin rejiminin müddəti barədə qərar qəbul edib

Nigar Məmmədova

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

Aynur Camal

Azərbaycanın ilk qadın snayperi – Ziba Qəniyeva. Onu tanıyaq.

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu