21 C
Baku
15 Sentyabr 2025, 15:19
Dünya

Daihatsu 4 aydan sonra yenidən istehsala başlayır

4 ay əvvəl fəaliyyətini dayandıran Toyota-nın Daihatsu şirkəti yenidən istehsala başlayıb. Qeyd edək ki, dayandırmaya səbəb bəzi modellərdəki təhlükəsizlik yastığının və idarəetmə bloklarının fərqli hazırlanması olub.

Yaponiya Nəqliyyat Nazirliyi istehsalçının keyfiyyət təhlükəsizliyi standartlarını yenidən yoxladıqdan sonra Daihatsu modellərinin daşınmasına qoyulan qadağa aradan qaldırılıb.

“Biz yaxşı məhsul keyfiyyətinə zəmanət vermək məqsədi ilə daha keyfiyyətli avtomobillər istehsal etməyə çalışacağıq”, – deyə şirkətin açıqlamasında bildirilir. Ötən ay şirkət, Daihatsu-nun bəzi modellərinin inkişafı və təhlükəsizlik məsələləri ilə bağlı nəzarəti gücləndirəcəyini deyib.

Onu da deyək ki, Osakada yerləşən mini avtomobil istehsalçısı Daihatsu Toyota Motor qrupunun bir hissəsidir.

Mənbə: Haber7

Bugün TV

Oxşar xəbərlər

Vedrə çantaları yenidən dəbdədir: bilməli olduğunuz şeylər

Aynur Camal

Fransızlar niyə çəhrayı tualet kağızından istifadə edirlər?

Aynur Camal

Nil virusundan 20 nəfər ölüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu