22 C
Baku
25 Aprel 2025, 15:52
Baş xəbərSosial

DAİR Hotellər və Restoranlar Assosiasyası ilə Mediasiya Şurası arasında memorandum imzalandı

DAİR Hotellər və Restoranlar Assosiasyasının mətbuat mərkəzi xəbər verir ki, Assosiasiya və Azərbaycan Mediasiya Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bugun.tv-yə daxil olan məlumata əsasən, Memorandumu DAİR İdarə Heyətinin sədri Samir Dübəndi və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.

Tərəflər görüş zamanı birgə əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın hər iki qurumun gələcək fəaliyyətində perspektiv yaradacağına ümid etdiklərini qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin hüquq sahəsində apardığı islahatları çərçivəsində 30 Mart, 2019-cu il tarixində imzaladığı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mediasiyanın rolunu artırmışdır. Qanunun 25-ci Maddəsində göstərilir ki, “Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər”.

Qanunun 27-ci Maddəsində isə qeyd edilir ki, əmək münasibətlərindən irəli gələn fərdi və kollektiv əmək mübahisələri mediasiya yolu ilə həll oluna bilərlər. Qeyd etmək istərdik ki, Assosiasiyanın ekspertlərinin fikrincə müasir dövrdə turizm və qonaaqpərvərlik sənayesində hər hansı mülki, əmək və kommersiya münasibətlərində yaranan mübahisələrin tərəflər üçün ən faydalı həlli yolu mediativ üsullardan istifadə edilməsidir. Mediasiya dünyada geniş yayılmış hüquq institutudur və mübahisənin məhkəmədən kənar mediativ üsullardan istifadə edərək tərəflərin maraqlarını uzlaşdıraraq həll edilməsinə imkan yaradır. Assosiasiya turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrə və fərdi sahibkarlara əmək, mülki və kommersiya münasibətlərinə aid olan müqavilələrində mübahisələrin həllinə aid maddələrdə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələrini qeyd-şərt kimi göstərmələrini tövsiyyə edir. Assosiasiya turizm və qonaqpərvərlik sənayesi oyunçularına hüquqi və digər peşəkar dəstək göstərir. Assosiasiya 2010-cu ildən fəaliyyət göstərərək turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin inkişafına xüsusi töhvə verir.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Sevinc Sadıqova

Neft tankerləri radarlardan niyə itirlər ?

Könül Kərimova

4,6 bal gücündə zəlzələ baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu