10 C
Baku
25 Mart 2026, 21:15
Dünya

Danimarka Baş naziri istefa verdi

Danimarkanın Baş naziri Mette Frederiksen ölkədə keçirilən son parlament seçkilərindən sonra vəzifəsindən istefa verib.

Məlumata görə, üç partiyadan ibarət koalisiya hökuməti seçkilərdə parlament çoxluğunu təmin edə bilməyib. Bunun ardından Frederiksen istefa ərizəsini Danimarka kralı Frederik X-ə təqdim edib.

Qeyd edək ki, 2019-cu ildən hakimiyyətdə olan Sosial Demokratlar Partiyası seçkilərdə 38 mandat qazansa da, təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməyib. Sol yönümlü partiyaların daxil olduğu “qırmızı blok” ümumilikdə 84 mandat əldə edib, sağ yönümlü “mavi blok” isə 77 mandatla kifayətlənib.

Danimarkanın 179 yerlik parlamentində hökumət qurmaq üçün ən azı 90 mandat tələb olunur. Bu səbəbdən heç bir siyasi blok təkbaşına hakimiyyət formalaşdıra bilməyib.

Hazırda ölkədə yeni hökumətin formalaşdırılması üçün koalisiya danışıqlarının başlanacağı gözlənilir. Ekspertlər bildirir ki, bu prosesdə mərkəzçi partiyalar həlledici rol oynaya bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-ın müharibəni dayandırmaq planını rədd edib

Aynur Camal

İran prezidenti Pezeşkian Türkiyə və Ərdoğana türk dilində mesaj ünvanlayıb

Aynur Camal

Avropa İttifaqı meşə yanğınlarına qarşı yeni strategiya açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu