Baş xəbərDünya

Danimarka “F-16”ların Ukraynaya göndərilməsini bir neçə aylığa təxirə saldı

Danimarka ilk altı ədəd “F-16” qırıcısının Ukraynaya verilməsini bu ilin ikinci rübünə təxirə salıb.

Bugun.tv “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Danimarkanın Baş naziri Mette Frederiksen ilk “F-16”ların yeni il ərəfəsində Ukraynaya göndəriləcəyini bildirmişdi.

Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 ədəd “F-16” qırıcısı göndərəcəyini vəd edib. ABŞ təyyarələrinin Kiyevə verilməsi məsələsində Danimarka və Niderlanda “yaşıl işıq” yandırıb. Adıçəkilən ölkələr həm də ukraynalı pilotlar hazırlayır. Onlardan başqa, Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika 2025-ci ilə qədər “F-16”ları Ukraynaya göndərməyi planlaşdırır.

Bugün TV

Oxşar xəbərlər

Tramp: Kuba çox yaxında “çökəcək”

Aynur Camal

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Aynur Camal

İran XİN: Tehranda ibtidai məktəbə zərbə endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu