Bugun.tv xəbər verir ki, Danimarka hökuməti Skandinaviyanın bir çox müsəlman ölkələri ilə münasibətlərindəki gərginliyi azaltmaq səyləri çərçivəsində ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qeyri-qanuni edən qanun təklif etdiyini bildirib.
Danimarka hökuməti Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır. “Hökumət dini icma üçün fundamental dini əhəmiyyət kəsb edən obyektlərdən qeyri-qanuni istifadəni qadağan edən qanun təklif edəcək”, – ədliyyə naziri Peter Hummelqaard mətbuat konfransında bildirib.
“Ona görə də, təklif, məsələn, ictimai yerlərdə Quran, İncil və ya Tövratın yandırılmasını cəzalandıracaq. Danimarka və İsveç son həftələrdə Quran nüsxələrinin yandırıldığı bir sıra etiraz aksiyalarının şahidi olublar. Bu, müsəlman ölkələrinin qəzəbinə səbəb olub”, – o əlavə edib.