Baş xəbərHadisə

Danimarka Qurani-Kərimə edilən hücumlara görə üzr istədi

Bugun.tv xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen, paytaxt Kopenhagendə Əlcəzair də daxil olmaqla bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurana edilən hücumlara görə üzr istəyib və peşman olduğunu bildirib.

Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Danimarka xarici işlər naziri Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı aparıb.

Görüş zamanı danimarkalı nazir bəzi İslam ölkələrinin səfirlikləri, o cümlədən Əlcəzairin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına qarşı törədilən cinayət dalğasına görə təəssüfləndiyini bildirib və üzr istəyib.

Bu hərəkətlərin qəbuledilməz olduğunu vurğulayan nazir Rasmussen sözügedən hücumların Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozduğunu qeyd edib.

Rasmussen, həmçinin Attafa hökumətinin bu çirkin əməllərə son qoymaq məqsədi daşıyan qanun layihəsinə son nöqtəni qoyduğunu bildirərək, bu qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib.

Digər tərəfdən, Attaf və Rasmussen 16-18 oktyabr 2023-cü il tarixlərində Əlcəzairdə keçiriləcək Afrika və Şimali Avropa ölkələrinin Birgə Nazirlər Konfransının 20-ci sessiyasına hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Şiddətli partlayış oldu: Ölən və yaralananlar var

Bugün TV

Diyarbəkirdə 240 kiloqram marixuana ələ keçirildi

Bugün TV

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu