İyunun 11-də qəbul edilən qanuna əsasən, iyulun 1-dən hərbi lotereya sisteminə yaşı 18-dən yuxarı olan bütün qadınlar daxil ediləcək. Danimarka ordusunda əsgər sayını artırmaq üçün qadınları məcburi hərbi xidmətə cəlb etmək qərarına gəlib.
Danimarka Parlamenti tərəfindən iyunun 11-də qəbul edilən yeni qanun 1 iyul 2025-ci il tarixindən etibarən 18 yaşından yuxarı bütün qadınları kişilərlə yanaşı lotereya sisteminə tabe edəcək. Ölkədə mövcud qanuna görə, 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət məcburidir, lakin könüllülərin sayı kifayət qədər olduğundan bütün kişilər hərbi xidmətə çağırılmır və püşkatma yolu ilə seçilir. İndiyədək qadınlar orduya yalnız könüllü gedə bilirdilər.
Yeni tənzimləmə ilə qadınlar da məcburi hərbi xidmətə cəlb olunacaq və lotereya sisteminə daxil ediləcək. Yeni qanunla məcburi hərbi xidmət müddəti də 4 aydan 11 aya qaldırılacaq. Xidmətə qəbul olunanlar ilk 5 ay ilkin hərbi hazırlıq keçəcək, növbəti 6 ayda isə əməliyyat təlimlərində iştirak edəcəklər.
6 milyon əhalisi olan Danimarkada hazırda 9000 peşəkar əsgər var. Ölkə 2033-cü ilə qədər orduya hər il 6500 yeni çağırışçı əlavə etməyi hədəfləyir. Bu addımla Danimarka qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü Skandinaviya ölkəsi oldu.
Norveç daha əvvəl 2013-cü ildə, İsveç isə 2017-ci ildə qadınları ordu sıralarına daxil etmişdi.
Danimarkanın islahatı Rusiyanın Ukraynaya müdaxiləsi və NATO ölkələrinin artan hərbi xərcləri qarşısında müdafiə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Mənbə: HurriYet