19 C
Baku
8 Sentyabr 2024, 3:49
Baş xəbərDünya

Danimarkada Qurani-Kərimin yandırılması təxribatı

Bugun.tv xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə hücum edilib. Hücum Bağdadda etirazla qarşılanıb. Hücumu qınayan AK Partiya sözçüsü Ömər Çelik, “Din və vicdan azadlığına qarşı bu lənətlənmiş hərəkət açıq-aşkar bir nifrət cinayətidir”, – deyib. Danimarkada anti-islamçı və ultra-millətçi “Danske Patrioter (Danimarka Patriotları)” marginal qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar. İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qruplaşma üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar. Daha sonra Quranı yandıran təxribatçı qrup bu anları sosial media hesablarında canlı yayımlayıb. Quranı yandıran qrup bu təxribatı Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təşkil etdiyini bildirib. Polisin sıx təhlükəsizlik tədbirləri altında keçirdiyi nümayişi mətbuat mənsubları da izləyib. Danske Patrioter adlı marjinal qrup daha əvvəl Kopenhagendəki Türkiyənin səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Hollandiya Türkiyəyə qarşı müdafiə sənayesinin ixracı ilə bağlı qoyduğu məhdudiyyəti qaldırdı

Teymur Əziz

İfrat sağçı qruplar İngiltərədə məscidi hədəfə aldılar

Kəmalə Sultan

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu