20 C
Baku
12 Sentyabr 2025, 9:06
Baş xəbərDünyaSiyasət

Gürcüstanın Müdafiə Qüvvələrinin sayı 37 min nəfər olacaq

Gürcüstan parlamenti “2024-cü ildə Gürcüstanın Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” yeni qərar qəbul edib.

Bugun.tv xəbər verir ki, qərarla Gürcüstan Müdafiə Qüvvələrində hərbi personalın hazırkı sayı müəyyən olunub.

Qəbul edilmiş qərara əsasən, ölkənin Müdafiə Qüvvələrinin sayı 37 min nəfərdən çox olmayacaq. Bu məhdudiyyət Gürcüstan Müdafiə Nazirliyinin hərbi qulluqçularına, ehtiyatda olanlara və müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir.

Qeyd edək ki, bu gün Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür. Bunlar icbari, müqaviləli, kadr və ehtiyatda olan kateqoriyalardır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Tikinti şirkətindən oğurluq edən saxlanıldı

Aynur Camal

Gelibolu yarımadasında yanğın

Bugün TV

6 335 şəxs sosial və peşə-əmək xidməti ilə təmin olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu