25 C
Baku
28 İyul 2025, 6:15
Baş xəbərDünya

Danimarkanın Kraliçası II Marqrete yanvarın 14-də hakimiyyətdən gedəcəyini açıqladı

Danimarkanın Kraliçası II Marqrete Yeni il münasibətilə televiziya ilə xalqa müraciətində yanvarın 14-də hakimiyyətdən rəsmi şəkildə gedəcəyini açıqlayıb.

Bugun.tv BBC-yə istinadla xəbər verir ki, 52 ildir hakimiyyətdə olan Kraliça müraciətində taxtı oğluna – vəliəhd Frederikə təhvil verəcəyini elan edib.

Səksən üç yaşlı II Marqrete hazırda Avropada ən çox taxtda qalan qadın monarxdır. O, eyni zamanda, dünyada hazırda hakimiyyətdə olan yeganə Kraliçadır. II Marqrete 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxmışdı.

Kraliça hakimiyyətdən getmək barədə qərarın 2023-cü ilin əvvəlində keçirdiyi cərrahiyyə əməliyyatından sonra qəbul olunduğunu açıqlayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qaçqınlara və imkansız qruplara dəstək olmaq üçün “moda dünyasına” atıldı

Aynur Camal

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu

Aynur Camal

Mikroavtobus ilə avtomobil toqquşdu: 9 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu