22 C
Baku
27 İyul 2025, 10:21
Baş xəbərDünya

Danimarkanın “Maersk” şirkətinə məxsus konteyner gəmisi Qırmızı dənizdə raketlə vuruldu

Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə düşüb.

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumatına görə, xəsarət alan olmayıb və gəmi üzən vəziyyətdə qalıb. Dəymiş ziyanın miqdarı barədə məlumat verilmir.

Komandanlığın hesablamalarına görə, bu hücum noyabrın 19-dan bəri Qırmızı dənizdə üzən gəmilərə qarşı 23-cüdür.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Ölkə ərazisində qanunsuz odlu silahlar aşkarlandı

Kəmalə Sultan

Azərbaycanda prezident seçkilərinin uğurla keçməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edirik – Qayser Nawab

Bugün TV

İsrailin “məğlubedilməz” fenomeni çökdü…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu