8 C
Baku
21 Dekabr 2025, 21:37
Siyasət

Danimarkanın Moskvadakı səfirliyi vizaların və yaşayış icazələrinin verilməsini dayandırır

Bugün.tv bildirir ki, Danimarka səfirliyi krallığa viza və yaşayış icazəsi üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırır. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat verilib.

“Danimarka Krallığının Moskvadakı Səfirliyi rəsmi səfərlər istisna olmaqla, Danimarkaya qısamüddətli vizalar və yaşayış icazələri üçün Rusiya Federasiyasında müraciətlərin qəbulu prosesini növbəti bildirişə qədər dayandırır”, – deyə məlumatda bildirilir.

Mayın 19-da Moskva Sloveniyadan on gün ərzində səfirlik işçilərinin sayını 4 nəfər azaltmağı tələb edib.

Mayın 27-də məlum olub ki, Latviya Kalininqraddakı səfirliyin ofisini bağlayır. Diplomatik nümayəndəlik mayın 30-dan etibarən viza ərizələrinin verilməsini və konsulluq xidmətlərinin göstərilməsini dayandırıb. Xatırladaq ki, aprelin sonunda Niderlandın Rusiyadakı Konsulluğu ruslara viza verilməsini dayandırıb.

Bugün TV

Oxşar xəbərlər

Vyetnam ‒ Azərbaycanın köhnə dostu, yeni strateji tərəfdaşı

Aynur Camal

Medvedev dövlətin müdafiə sifarişinin pozulmasına görə xəbərdarlıq edib

Bugün TV

ABŞ Yaxın Şərqdə yeni siyasi nizam qurur..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu