24 C
Baku
11 Sentyabr 2025, 1:58
Baş xəbərSosial

Daşkəsənə qar yağır – FOTO + VİDEO

Bugun.tv xəbər verir ki, Daşkəsən rayonuna qar yağıb. Hava dəyişikliyi rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərində qeydə alınıb.

Güclü küləyin, intensiv dolu yağışlarının, sel-sullarının yaratdığı təbii fəlakətdən sonra bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

Yağan qarın qalınlığı kəndlərdə 5-10, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda ciddi problemlər yaratsa da, rayon İcra Hakimiyyəti əlaqədar qurumlarla birgə qabaqlayıcı tədbirlər görürlər.

 

Bugün TV

Oxşar xəbərlər

Mütəxəssislər tərəfindən dördgünlük təlim proqramı keçirilib

Aynur Camal

Qida allergiyasına səbəb nədir? – HƏKİM AÇIQLAMASI

Kəmalə Sultan

ABŞ Kolumbiyanın dövlət məmurlarına və onların ailə qohumlarına viza məhdudiyyəti qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu