27 C
Baku
28 İyun 2025, 12:16
Baş xəbərDünya

Daşqın fəlakəti: 2 milyondan çox insan didərgin düşdü

Nigeriya yenidən sel fəlakəti ilə üzləşib. Kogi Dövlət Qızıl Xaç Cəmiyyətinin Fəlakət İdarəetmə Mütəxəssisi Ömər Y. Mahmud verdiyi açıqlamada Niger və Benue çaylarının daşması nəticəsində Kogi əyalətinin 9 bölgəsində daşqınların baş verdiyini bildirib. Mahmud qeyd edib ki, daşqınlar nəticəsində 2 milyondan çox insan didərgin düşüb.

Xilasetmə qruplarının sakinlərin düşərgə və kəndlərə köçürülməsinə kömək etdiyini izah edən Mahmud, “Niger çayı yüksəldiyi üçün vəziyyət indi çox pisdir” deyib.

Mahmud həmçinin sel nəticəsində 150 ​​min hektar ərazinin su altında qaldığını bildirib.

Ümumilikdə bu il Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlarda 300-ə yaxın insan həyatını itirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Pakistanda 25 nəfər ildırım vurmasından öldü!

Aynur Camal

Argentinada hökumət əleyhinə etirazlarda 60 nəfər xəsarət aldı

Bugün TV

İran xalqından rejimə dəstək! şüarları diqqət çəkdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu