Bugun.tv xəbər verir ki, Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 36-ya çatıb. Eduardo Leite qeyd edib ki, fövqəladə xilasetmə əməliyyatlarına başlanılan ştatda mindən çox insan evlərinin damında xilas olunmağı gözləyib. Bazar ertəsi günündən bəri davam edən leysan yağışların səbəb olduğu seldən 52 min adamın və 70 qəsəbənin zərər çəkdiyi açıqlansa da, fövqəladə vəziyyətin elan edildiyi əyalətdə 5300-dən çox adam evlərini tərk etmək məcburiyyətində qalıb.
Müxbir: Şəms Elnurqızı