16 C
Baku
24 Oktyabr 2025, 0:09
Baş xəbərDünyaHadisə

Daşqın nəticəsində ölənlərin sayı 40-a çatdı

Bugun.tv xəbər verir ki, Cənubi Koreyada son bir həftədə yağışların yaratdığı sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 40-a yüksəlib. Yonhap-ın hesabatına görə, leysan yağışların yaratdığı daşqınlar səbəbindən 10 mindən çox insan təxliyə edilib. Ölkə üzrə 139 ev də daxil olmaqla daşqınlar nəticəsində zərər çəkmiş binaların sayı 1000-i ötüb. Xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, ölən və itkin düşənlərin sayının artmasından narahatdır. Meteoroloqların yağıntıların artacağı ilə bağlı xəbərdarlığından sonra Daxili İşlər və Təhlükəsizlik Nazirliyi həyəcan səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Atəşkəsdən sonra ilk cümə namazı qılındı

Aynur Camal

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Aynur Camal

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciəti

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu