Bugun.tv xəbər verir ki, İtaliyanın mərkəzi və şimal bölgələrində Emilia Romagna bölgəsində leysan yağışlardan sonra baş verən sel səbəbiylə Forli şəhərində bir çox ərazi su altında qalıb.
Qırmızı həyəcan zonasında su basmış ərazilərin üzərindən helikopterlər uçub, hərbi qulluqçular əraziyə yönəldilib.
Bölgəyə humanitar yardım ləvazimatları helikopterlə çatdırılıb.
Mənbə: İLKHA
