21 C
Baku
15 Mart 2025, 11:47
Dünya

Daşqın və torpaq sürüşməsi: 11 nəfər öldü

Salvadorda baş verən daşqın və sürüşmə nəticəsində 11 nəfər həyatını itirib.

Mərkəzi Amerika ölkəsi El Salvadorda həftəsonundan bəri təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada sel nəticəsində 11 nəfərin öldüyü, 900 nəfərin təxliyyə mərkəzlərinə yerləşdirildiyi bildirilib.

Mülki Müdafiə İdarəsinin rəhbəri Luis Amaya açıqlamasında həyatını itirənlər arasında uşaqların olduğunu, ölümlərin isə ağacların aşması, torpaq sürüşməsi və müxtəlif qəzalar nəticəsində baş verdiyini bildirib. Əhalini evakuasiya əmrlərinə əməl etməyə çağıran Amaya, maili ərazilərdə yaşayanların təhlükəsiz bölgələrə getməsi lazım olduğunu ifadə edərək, “Bir nömrəli prioritetimiz təhlükəsiz olmaqdır” deyib. Ən azı 26 evin zərər gördüyünü deyən Amaya 90-dan çox yolun nəqliyyata bağlandığını bildirib.

Salvadorun qonşu ölkəsi Hondurasda yağışlar səbəbilə 5 mindən çox insanın təxliyə edildiyi öyrənilib. Meksikadan Panamaya qədər Sakit okean sahilləri boyunca yağan yağışların həftə ərzində artan intensivliklə davam edəcəyi gözlənilir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Sərnişinin təhdidedici davranışına görə təyyarə hava limanına geri qayıtdı

Bugün TV

Suriyada uşaqlar dağıntılar arasında futbol oynayırlar

Aynur Camal

“Dünyanın ən ölümcül mağarası”: yeni pandemiya haradan gələcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu