8 C
Baku
22 Dekabr 2025, 1:16
Baş xəbərHadisə

Daşqınlar nəticəsində ölənlərin sayı 10-a yüksəldi

Bugun.tv xəbər verir ki, Yunanıstanın Tesaliya bölgəsini, xüsusilə Volos, Pilio, Larisa, Trikala və Kardiça kimi əyalətləri 5 sentyabrdan bu yana təsir edən şiddətli yağış və sel nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias xüsusilə Pinio çayının daşması nəticəsində bir çox kəndin su altında qaldığını bildirib. Sel şəraitinin pisləşə biləcəyini deyən Kikilias, 4 nəfərin hələ də itkin olduğunu deyib, əhalini diqqətli olmağa çağırıb.

Kikilias qeyd edib ki, bölgədə axtarış-xilasetmə işləri və kəndlərdə qapalı qalanlara qida və su paylanması üçün 20 helikopter işləyir.

Bugün TV

Oxşar xəbərlər

9-cu sinif şagirdi psixotrop zəhərlənmə ilə xəstəxanaya yerləşdirildi.

Aynur Camal

Türkiyədə güclü zəlzələ baş verdi, ölənlər var-VİDEO+FOTO

Bugün TV

51 qeyri-qanuni immiqrant tutuldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu