Bugun.tv xəbər verir ki, Çinin şimalındakı Hibey əyalətində ötən həftə Doksuri qasırğasının yaratdığı daşqınlarda 29 nəfərin həyatını itirdiyi bildirilib. Çinin şimalındakı Hibey əyalətində daşqınlar nəticəsində 40 min ev uçub, 150 mindən çox evin elektrik və kommunikasiya infrastrukturuna ciddi ziyan dəyib. Daşqınların vurduğu zərərin 95,8 milyard yuan (13,4 milyard dollar) olduğu, zədələnmiş ərazilərdə bərpa prosesinin isə ən azı 2 il çəkəcəyi gözlənilir. Paytaxt Pekini və Tianjin şəhərini əhatə edən Hibey əyaləti 29 iyul-2 avqust tarixləri arasında Çinin şimalını təsir edən Doxuri tayfunun təsiri ilə güclü fırtına və yağıntılara məruz qalıb. Sarı çayın müxtəlif qollarının qovuşduğu Hayhi çayı hövzəsində əyalətə düşən yağıntının miqdarı 27,5 milyard kubmetrə çatıb.
Müxbir: Şəms Elnurqızı