11 C
Baku
29 Mart 2026, 23:34
Baş xəbərHadisə

Daşqınlar nəticəsində 4 nəfər öldü

Bugun.tv xəbər verir ki, İranın şimal-şərqindəki Şimali Xorasan əyalətində baş verən daşqın nəticəsində 4 nəfər həyatını itirib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Şimali Xorasan Valiliyinin Böhran İdarəetmə rəisi Qulamrıza Şəfik əyalətdə güclü yağışlardan sonra baş verən sellə bağlı açıqlama verib.

Təxminən 20 dəqiqə davam edən leysan yağışdan sonra baş verən selin can və mal itkisinə səbəb olduğunu bildirən Şefik, Faruc şəhərinin kəndlərində seldən sonra başladılan axtarış-xilasetmə əməliyyatları zamanı cəsədlərin çıxarıldığını qeyd edib. 2 nəfər tapılıb, 18 nəqliyyat vasitəsi sel sularında qalıb.

Şirvan şəhərinin Gölyan kəndində avtomobildə olan iki nəfərin su altında qalaraq həyatını itirdiyini qeyd edən Şefik, narıncı həyəcan siqnalı verilən yağışa görə Qızıl Aypara və bütün əlaqədar dövlət qurumlarının həyəcan vəziyyətində olduğunu bildirib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu