7 C
Baku
22 Dekabr 2025, 10:49
DünyaHadisə

Daşqınlar səbəbilə şəhərdə fövqəladə vəziyyət elan edildi

Yeni Zelandiyanın Oklend şəhərində fövqəladə vəziyyət elan edilib.

Bugun.tv xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Yeni Zelandiya hökuməti daşqınlardan zərər çəkmiş Oklenddə fövqəladə vəziyyət elan edilib. Mağaralarda araşdırma aparan bir qrup orta məktəb şagirdləri sel sularının təsirinə məruz qalıb.

Şəhərdə qatar və avtobus reysləri ləğv edilib. Sərnişinlərə zərurət olmadıqca səyahət etməmək barədə xəbərdarlıq olunub.

Güclü yağışların müəyyən fasilələrlə gecə yarısına qədər davam edəcəyi bildirilib.

Təcili xilasedicilər Oklenddə 200-dən çox yardım çağırışına cavab veriblər.

Qeyd edək ki, Oklend şəhərində yanvar ayında 4 nəfər daşqın, fevralda isə 11 nəfər Qabrielle qasırğasının yaratdığı fəlakət nəticəsində həyatını itirmişdi.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İran istənilən hücuma “qətiyyətli” cavab verəcəyini bildirdi

Könül Kərimova

BMT: Qəzzada insanlar orta hesabla iki gündə bir yemək yeyirlər

Aynur Camal

İki ölkə birləşdirir: Rusiya və Şimali Koreya razılığa gəldi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu