DünyaHadisə

Daşqınlar səbəbilə şəhərdə fövqəladə vəziyyət elan edildi

Yeni Zelandiyanın Oklend şəhərində fövqəladə vəziyyət elan edilib.

Bugun.tv xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Yeni Zelandiya hökuməti daşqınlardan zərər çəkmiş Oklenddə fövqəladə vəziyyət elan edilib. Mağaralarda araşdırma aparan bir qrup orta məktəb şagirdləri sel sularının təsirinə məruz qalıb.

Şəhərdə qatar və avtobus reysləri ləğv edilib. Sərnişinlərə zərurət olmadıqca səyahət etməmək barədə xəbərdarlıq olunub.

Güclü yağışların müəyyən fasilələrlə gecə yarısına qədər davam edəcəyi bildirilib.

Təcili xilasedicilər Oklenddə 200-dən çox yardım çağırışına cavab veriblər.

Qeyd edək ki, Oklend şəhərində yanvar ayında 4 nəfər daşqın, fevralda isə 11 nəfər Qabrielle qasırğasının yaratdığı fəlakət nəticəsində həyatını itirmişdi.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Aİ-də miqrantlarla bağlı ən sərt qaydalar gündəmdədir

Aynur Camal

UNESCO irsi olan kəndi qoyunlar “ələ keçirdi” – təcili çoban axtarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu