19 C
Baku
8 Sentyabr 2024, 3:27
Dünya

Daşqınların vurduğu Keniyada vəba xəstəliyi partlayış həddə çatdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftələrdir dağıdıcı yağışların və daşqınların vurduğu Keniyada onlarla yeni vəba xəstəliyinin qeydə alındığını açıqlayıb.

ÜST öz bəyanatında bölgədə fövqəladə səhiyyə reaksiyasını dəstəkləməyə davam edəcəyini və asanlıqla yayıla bilən epidemiyalara qarşı ayıq qalacağını vurğuladı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Keniyada daşqın və dağıdıcı yağışlardan sonra vəba xəstəliyinin sayının artması ilə bağlı açıqlama verib.

Təşkilat, daşqınlardan ən çox zərər çəkən bölgələrdən biri olan Keniyanın şərqindəki Tana çayı qraflığında 44 vəba hadisəsinin qeydə alındığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Keniyadakı koordinatoru Stiven Cekson, “İnanıram ki, biz hökumət, milli və beynəlxalq tərəfdaşlar olaraq epidemiyaya nəzarət edə bilərik” dedi.

Daha əvvəl xoleranı nəzarət altına aldıqlarını ifadə edən Cekson riskin hələ də böyük olduğunu vurğulayıb.

Vəba çirklənmiş qida və su vasitəsilə yayılan, tez-tez şiddətli ishal, qusma və əzələ kramplarına səbəb olan kəskin bağırsaq infeksiyasıdır. Xüsusilə körpə uşaqlar üçün təhlükəli ola bilər.

ÜST-nin Keniyadakı nümayəndəsi Abdurahmane Diallo çərşənbə axşamı yayımlanan bəyanatda, “ÜST fövqəladə sağlamlıq reaksiyasını dəstəkləməyə davam edəcək və tez bir zamanda əhatə olunmasa, asanlıqla yayıla biləcək epidemiyalara qarşı ayıq qalacaq” deyib.

Yerli mətbuatda dərc olunan hökumətin son məlumatlarına görə, Keniyada daşqınlar 238 nəfərin həyatına son qoyub, 200 mindən çox insanı evsiz qoyub.

Bütövlükdə iqlim dəyişikliyinə çox həssas olan Şərqi Afrikada normadan çox olan mövsümi yağışlar 400-dən çox insanın həyatına son qoyub.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Bişkekin “Ala-Too” meydanında Qırğızıstanın yeni bayrağı ucaldıldı

İntizar Əmirova

Meşkov: “Bəzi fransız şirkətləri Rusiyanı tərk edir”

Nigar Məmmədova

Onu cəmi 1 ağcaqanad dişlədi və bir anda 3 virusa tutuldu! O, reanimasiyada həyat mübarizəsi aparır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu