Baş xəbər

Şüvəlanda üç pollis əməkdaşı və bir mülkü şəxs qətlə yetirildi!

Bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərmişdir.

Bugun.tv xəbər verir ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Sonra yaranan vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq, 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirdir.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Aynur Camal

100 il – Televiziya və radio işçilərinin peşə bayramıdır

Aynur Camal

Bakıda “Zəfərdən doğan günəş” adlı tədbir keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu