12 C
Baku
21 Mart 2026, 21:28
Baş xəbərHadisəKriminal

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

Sosial  şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb.

Bugun.tv xəbər verir ki, DİN- nə naməlum şəxsin “instagram” sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq edərək onları aldatdığı barədə şikayətlər daxil olub. Həmin məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat-texniki tədbirlər görülüb. Axtarış nəticəsində qanunsuz əməllər törədən, əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.

Keçirilən tədbirlərlə müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində “instagram” sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradıb. O, kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib.

Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirib. Daha sonra hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir. Rüfət Mustafayevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

DİN- yi vətəndaşlara sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, əmin olmadıqları səhifələrə əvvəlcədən ödəniş etməməyə çağırıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Fitrə zəkatı 10-15 manat arasında dəyişə bilər”

Aynur Camal

İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu