7 C
Baku
22 Fevral 2026, 10:23
Baş xəbərHadisə

DEAŞ-ın Ankarada keçirdiyi əməliyyatda 33 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, Ankarada silahlı terror təşkilatı DEAŞ-a bağlı olduğu düşünülən 39 şübhəliyə qarşı eyni vaxtda keçirilən əməliyyatda 33 şübhəli saxlanılıb.

TRT Haber-in məlumatına görə, Təhlükəsizlik Baş İdarəsi Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında Ankara Polis İdarəsi TEM Şöbə Müdirliyi dini istismar edən terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində DEAŞ terror təşkilatına qarşı 39 ünvanda eyni vaxtda əməliyyat keçirib. DAİŞ terror təşkilatına bağlı olduğu düşünülən 39 xarici ölkə vətəndaşının tutulması istiqamətində həyata keçirilən əməliyyat nəticəsində 31-i İraq, 2-si Suriya vətəndaşı olmaqla 33 nəfər saxlanılıb. Tutulan şəxslər Ankara Akyurt Repatriasiya Mərkəzinə təhvil veriləcək. 6 şübhəlinin tutulması istiqamətində işlər davam edir.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu