Deistlərin Allah inancı, təxminən, aşağıdakı kimidir: Polis olsun, amma bu polis bizi tutmasın!
Çünki deistlər sistemin əhəmiyyətini ya başa düşmürlər, ya da düşmək istəmirlər. Bu baxımdan deizm sistemi, sistem nəzarətini inkar edən liberalizmin dinə münasibətdə meydana çıxan kortəbii formasıdır.
Liberallar fərdin azadlığını fərdi və kollektiv məsuliyyət məfhumu ilə balansda götürə bilmədikləri üçün sistemə, nəzarətə, cəzaya, bütün bunları təmn edən dövlət institutuna qarşıdırlar, məsuliyyətsizliklərini, nihilist davranışlarını təhrf etdikləri azadlıq konsepsiyası ilə ört-basdır etməyə çalışırlar.
Deistlər də Allaha münasibətdə eyni mövqe nümayiş etdirirlər: qoy Allah olsun, amma qanun qoyan, sistem yaradan, tələb edən, cəzalandıran Allah olmasın!
Allah insanı elə yaradıb ki, kosmos (nizamlı dünya) olmadan o özünü isbatlaya bilməz. İnsan əməllərinə görə məsuliyyət daşıdığını dərk etməzsə, buna görə həyatını tənzimləməzsə, dünya kosmosa deyil, xaosa çevrilər.
Bu baxımdan liberallar, o cümlədən deistlər sistemin əhəmiyyətini inkar edirlər, odur ki dövlət, yaxud Allah tərəfindən edilən nəzarətə, verilən cəzanı qəbul edə bilmirlər; bu səbəbdən onları eqoist hesab etmək yerinə düşür: fərdin hüquqlarını Yaradıcının (deistlərdə), sistemin – cəmiyyət və dövlətin (liberallarda) hüquqlarının üstündə görəcək qədər destruktiv dünyagörüşünə sahibdirlər.
Müəllif: fəlsəfə doktoru, dinşünas Elvüsal Məmmədov
Mənbə: Facebook