Bugun.Tv xəbər verir ki, ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Nümayəndələr Palatasında və Senatda üstünlük qazanıb. Bu nəticə prezident Donald Trampın administrasiyası üçün ciddi siyasi zərbə kimi qiymətləndirilir.
“Reuters”in məlumatına görə, Demokratlar ənənəvi olaraq respublikaçıların güclü olduğu bir sıra ştatlarda da qələbə əldə ediblər. Texasda Demokrat namizəd Ceyms Talariko Senatda yer qazanıb, Cənubi Karolinada isə partiyanın namizədi Respublikaçıların dəstəklədiyi rəqibini məğlub edib.
Seçicilərin əsas narazılıqları arasında yaşayış xərclərinin artması, İranla müharibə, gömrük rüsumları və Tramp administrasiyasının siyasəti yer alıb.
Demokratların hər iki palatada çoxluq əldə etməsi yanvar ayından etibarən ölkədə siyasi qüvvələr nisbətini dəyişəcək. Partiya Konqresdə araşdırmalar aparmaq, prezidentin namizədlərinin təsdiqinə mane olmaq və qanunvericilik təşəbbüslərində daha çox söz sahibi olmaq imkanı qazanacaq.
Mənbə: Reuters
