18 C
Baku
23 Oktyabr 2025, 3:24
Baş xəbər

DƏMX- a “Yaşıl Təşəbbüsdə Mükəmməllik” ali mükafatı verildi

Dövlət Əmək Müfəttişliyi Xidməti  ABŞ-dəki “Communitas” beynəlxalq təşkilatının “Yaşıl Təşəbbüsdə Mükəmməllik” ali mükafatına layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “yaşıl həllər”i dəstəkləyən fəaliyyət və təşəbbüsləri barədə təqdim etdiyi məlumatlar ABŞ-nin “Communitas” beynəlxalq təşkilatının “Communitas Awards” beynəlxalq müsabiqəsində yüksək qiymətləndirilib.

Xidmət müsabiqədə “Yaşıl Təşəbbüsdə Mükəmməllik” nominasiyası üzrə ali mükafata layiq görülüb.

Communitas” mükafatları cəmiyyətlərin maddi və sosial rifahı naminə səy və resurslarını səfərbər edərək, bu sahədə səmərəli təşəbbüslər həyata keçirən təşkilatlardan ən uğurlu təcrübələri ilə seçilənlərə təqdim edilir.

Bununla da Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin ötən dövründə 10 beynəlxalq mükafatla təltif edilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Elşad Hacıyevə yeni vəzifə verildi

Bugün TV

Yaponiya İranı İsrail-Fələstin böhranının həllində “rol almağa” çağırır

Bugün TV

Meşə yanğını baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu