“Sertifikasiya ilə bağlı bizə ünvanlanan suallardan biri də 60 yaşı tamam olan müəllimlərimizin imtahanlarda iştirakının mümkünlüyü ilə bağlıdır. Belə ki, qanunvericiliyə edilən və Milli Məclisdə qəbul olunan dəyişikliklərə görə, 60 yaşı tamam olan təhsil işçilərinin imtahanlarda iştirakı könüllüdür. Bu, o deməkdir ki, 60 yaş tamam olan müəllimlərin sertifkasiyada iştirak etməmək hüququ var. Yəni, həmin yaşda olan müəllimimiz məcburi şəkildə sertifikasiya imtahanına cəlb oluna bilməz. Amma bu heç də onların imtahanlarda iştirak hüququnu məhdudlaşdırmır. Yəni, mövcud qanunverilciyə edilən dəyişiklik 60 yaşı tamam olan sertifikasiyada iştirak edərək əmək haqqlarını artırmaq istəyən müəllimlərə imtahanda iştirak hüqiqu verir. Məsələn, əgər müəllimizin 60 yaşı tamam olubsa və o imtahanda iştirak edərək əmək haqqı artımları ilə bağlı faizlərdən faydalanmaq istəyirsə o halda onun bu hüququ məhdudlaşdırıla bilməz”.
Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.
V.Bayramov təklif edir ki, 60 yaşı tamam olmuş və sertifikasiyada iştirak edərək yüksək bal toplayan müəllimlərin 65 yaşı tamam olduqdan sonra onlara daha uzun müddət işləmək hüququ verilsin. “Aydındır ki, gənc müəllimlərin işlə təmin olunması priortitetdir. Bununla belə, pensiya yaşı tamam olduqdan sonra peşəkar və sertifikasiya imtahan balları yüksək olan müəllimlərin təhsil sistemində saxlanılması və onların biliklərindən istifadə olunması da vacibdir. Bu baxımdan, 60 yaşı tamam olan və sertifikasiya imtahan balları yüksək müəllimlərə 65 yaşdan sonra pedoqoji fəaliyyətini davam etdirmək imkanın verilməsi məqsədəuyğundur”,- deputat vurğulayıb.