28 C
Baku
20 İyul 2025, 23:08
Baş xəbərDünya

Deputat: Bəzi ölkələr, beynəlxalq təşkilatlar gənclərimizə təsir göstərməyə çalışırlar

Bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan gənclərinin düşüncələrinə təsir etmək, vətənpərvərlik hisslərini, dövlətçilik mövqeyini zəiflətmək üçün çox ciddi cəhd göstərirlər.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məqsədlə bir sıra layihələr həyata keçirilir, ciddi maliyyə vəsaitləri ayrılır:

“Bu, özünü bir sıra Qərb dövlətlərinin ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin olunması, eyni zamanda həyata keçirmək istədikləri dini təbliğatda da açıq-aydın göstərir. Bu prosesin nə qədər təhlükəli olduğunu və acı nəticələrə gətirib çıxardığını bir sıra müsəlman ölkələrində gedən proseslərdən görmək mümkündür. Biz qonşu Gürcüstanda keçirilən seçkilərdə də bu cür layihələrin bu və ya digər formada təsir və nəticələrini gördük. Bunu nəzərə alınaraq ölkəmizdə ideoloji işin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir”.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyevin göstərişi ilə FHN-nin çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü

Nigar Məmmədova

Rus ordusu hücüma keçdi

Könül Kərimova

Mövlud Çavuşoğlu britaniyalı həmkarı ilə telefonla danışıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu