13 C
Baku
16 Mart 2026, 18:52
Baş xəbər

Deputat Ceyhun Məmmədov: Ayrı-seçkilik və təfriqədən uzaq olmalıyıq

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında müsəlmanlar arasında birlik və həmrəyliyin vacibliyi ilə bağlı paylaşım edib.

Deputat qeyd edib ki, tarix boyu müsəlman dünyasına ən çox zərər vuran amillərdən biri təfriqəçilik və ayrı-seçkilik olub. Onun sözlərinə görə, bu cür yanaşmalar müsəlmanların birliyini pozaraq cəmiyyətin inkişafına mənfi təsir göstərib.

C.Məmmədov bildirib ki, Qurani-Kərim müsəlmanları birlik və həmrəyliyə çağırdığı halda bəzi insanlar müxtəlif məzhəb və təriqət fərqlərini qabardaraq bölücülük yaradırlar. Deputat bu cür yanaşmaların İslamın əsas prinsiplərinə zidd olduğunu vurğulayıb.

“Hamılıqla Allahın ipinə yapışın və parçalanmayın” ayəsini xatırladan deputat müsəlmanları qarşılıqlı ittiham və mübahisələrdən uzaq durmağa, daha çox öz əməllərinə diqqət yetirməyə çağırıb.

Millət vəkili əlavə edib ki, cəmiyyətdə həqiqi İslam dəyərlərinin təbliği, mövhumat və xurafata qarşı mübarizə aparılması mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müsəlmanlar bir-biri ilə mübahisə və qarşıdurma yolu ilə heç nəyə nail ola bilməz.

Sonda deputat Allahdan bütün oruc və duaların qəbul olunmasını diləyib, dövlətin və xalqın birliyinin qorunmasını arzulayıb, həmçinin şəhidlərə rəhmət, yaralı qazilərə isə şəfa diləyib.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qazaxıstanın yeni konstitusiyası referendumunu təbrik etdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Ramazan ayı insanı daha məhsuldar edir

Aynur Camal

“Kimin orucunun qəbul olunub-olunmamasını yalnız Allah bilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu