7 C
Baku
23 Fevral 2026, 16:54
Baş xəbərSosial

Deputat Ceyhun Məmmədov psixoloqların fəaliyyəti ilə bağlı tənzimləmələrin vacibliyini vurğulayıb

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov psixoloqların fəaliyyəti ətrafında son dövrlər cəmiyyətdə artan müzakirələrə münasibət bildirib. Deputat bu barədə fikirlərini öz sosial media hesabında  paylaşıb.

Ceyhun Məmmədov qeyd edib ki, bir sıra sahələrdə olduğu kimi, psixologiya sahəsində də qeyri-peşəkar şəxslərin fəaliyyəti vətəndaşların haqlı narazılığına səbəb olur. Onun sözlərinə görə, insanların aldadılması və peşəkarlıq prinsiplərinin pozulması yolverilməzdir və bu cür hallar cəmiyyət üçün ciddi risklər yaradır.

Deputat vurğulayıb ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq hər bir şəxs çalışdığı sahənin müqəddəsliyini qorumalı, peşəsinə və etibar göstərilən məsuliyyətə xəyanət etməməlidir. O, mövcud proseslərin təhlilinin bu sahədə ciddi addımların atılmasını zəruri etdiyini bildirib.

Ceyhun Məmmədovun fikrincə, psixoloqların fəaliyyəti ilə bağlı daha effektiv nəzarət mexanizmlərinin yaradılmasına, həmçinin müvafiq tənzimləmələrin həyata keçirilməsinə ehtiyac var. Deputat bu istiqamətdə müzakirələrin davam etdirilməsinin və konkret qərarların qəbulunun vacibliyini önə çəkib.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Oruc tutarkən bədəninizi necə qidalandırmaq olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu