Baş xəbər

Deputat Ceyhun Məmmədov: Ramazan ayı insanı daha məhsuldar edir

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Ramazan ayının mənəvi əhəmiyyəti, regiondakı gərginlik və müharibələrin nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Deputat qeyd edib ki, Ramazan ayı onun üçün xüsusi ab-havaya malik dövrdür və bu ayda daha çox iş görmək, daha məhsuldar fəaliyyət göstərmək mümkün olur. Onun sözlərinə görə, Ramazan dövründə insanlar adi günlərlə müqayisədə aclığı daha az hiss edir və bu ay fərqli mənəvi atmosfer yaradır.

C.Məmmədov bildirib ki, müharibələr nəticəsində insanların həyatını itirməsi hər bir insanı üzməlidir. O qeyd edib ki, münaqişələr zamanı mülki insanların, xüsusilə uşaqların həyatını itirməsi son dərəcə ağrılı və narahatedici haldır.

Deputat həmçinin vurğulayıb ki, müharibələr zamanı tarixi abidələrin dağıdılması da ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, bu abidələr yalnız bir xalqa deyil, bütün bəşəriyyətin mədəni irsinə məxsusdur və onların zərər görməsi böyük itki hesab olunur.

C.Məmmədov əlavə edib ki, Azərbaycanın düzgün və balanslı siyasəti sayəsində ölkə regionda baş verən münaqişələrin ağır nəticələrindən qoruna bilib. Deputat bildirib ki, bu, dövlət başçısının apardığı uğurlu və müdrik siyasətin nəticəsidir.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qazaxıstanın yeni konstitusiyası referendumunu təbrik etdi

Aynur Camal

“Kimin orucunun qəbul olunub-olunmamasını yalnız Allah bilir”

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Ayrı-seçkilik və təfriqədən uzaq olmalıyıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu