Baş xəbərSosial

Deputat Ceyhun Məmmədov: Gənclərimiz dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

İki Fevral

Milli Məclisin deputatı Ceyhun Məmmədov 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edərək ölkədə gənclərə göstərilən dövlət diqqəti və qayğısının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Gəncləri Gününün təsis olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və onun 2 fevral 1997-ci ildə imzaladığı fərmanla bu əlamətdar gün rəsmiləşdirilib.

Ceyhun Məmmədov vurğulayıb ki, bu gün cəmiyyətin əsas aparıcı qüvvələrindən biri olan gənclər ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında mühüm rol oynayırlar. Onun sözlərinə görə, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hazırda bu siyasət yeni keyfiyyət mərhələsinə yüksəlib.

Deputat bildirib ki, Azərbaycan gəncləri dövlətin qayğısını hər zaman hiss edir və əldə etdikləri nailiyyətlərlə bu etimadı doğruldurlar. O, xüsusilə Vətən müharibəsi dövründə gənclərin həm döyüş meydanında, həm də informasiya cəbhəsində göstərdikləri fədakarlığı yüksək qiymətləndirib.

Ceyhun Məmmədov qeyd edib ki, gənclər bu gün yaradılan imkanlardan düzgün istifadə etməli, təhsilə və şəxsi inkişaflarına xüsusi önəm verməlidirlər. Deputat eyni zamanda vurğulayıb ki, gənclərin vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşması Azərbaycanın gələcək inkişafının əsas təminatıdır.

İki fevral Gənclər Günü
Deputat Ceyhun Məmmədov: Gənclərimiz dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

 

Aynur Camal

Oxşar xəbərlər

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Aynur Camal

Soyuducunun qapısında hansı məhsulları saxlamaq olmaz?

Aynur Camal

Azərbaycan–İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli — Cavanşir Feyziyev yazır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu