10 C
Baku
11 Mart 2026, 18:51
Digər

Deputat Ceyhun Məmmədov: Ramazan nəfsin tərbiyəsi ayıdır

Bugun.tv-yə daxil olan məlumata görə, Ceyhun Məmmədov müqəddəs Ramazan ayı ilə bağlı sosial media hesabında paylaşım edib.

Millət vəkili paylaşımında Ramazan ayının insanın mənəvi kamilləşməsi və nəfsin tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Deputat qeyd edib ki, orucun müsəlmanlara vacib edilməsinin bir neçə mühüm səbəbi var. Onun sözlərinə görə, oruc insanlarda sevgi, mərhəmət və qayğı hisslərini daha da gücləndirir, eyni zamanda nəfsin tərbiyəsinə və insanın mənəvi saflaşmasına xidmət edir.

Ceyhun Məmmədov bildirib ki, oruc tutmaq insanı səbirli və dözümlü olmağa öyrədir:

“Oruc insanlarda sevgi, mərhəmət və qayğı hisslərini gücləndirir, nəfsi tərbiyə və islah edir. Eyni zamanda insanı səbirli və dözümlü olmağa alışdırır. Müsəlman mərhəmətli, səbirli, dözümlü və əzmkar olmalıdır”.

Millət vəkili paylaşımında möminləri Ramazan ayının mənəvi dəyərlərindən faydalanmağa çağırıb. O bildirib ki, hər bir insan bu müqəddəs ayda öz nəfsinin tərbiyəsinə daha çox diqqət yetirməli, mərhəmət və sevgi hisslərini gücləndirməlidir.

Deputatın sözlərinə görə, Ramazan ayı həm də insanların əxlaqını kamilləşdirmək, bir-birinə daha çox qayğı göstərmək və cəmiyyət daxilində həmrəyliyi gücləndirmək üçün mühüm fürsətdir.

Ceyhun Məmmədov sonda dua edərək bildirib ki, Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi və xalqımızı qorusun. O, həmçinin şəhidlərə Allahdan rəhmət, yaralı qazilərə isə şəfa diləyib.

Aynur Camal

Oxşar xəbərlər

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

II Qadın Liderləri Zirvəsində Azərbaycan Mədəniyyəti platformasının bədii çıxışı böyük maraqla qarşılandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu