17 C
Baku
10 İyun 2025, 4:51
Siyasət

Deputat dövlət büdcəsi icrasının təkmilləşdirilməsi üçün təkliflər verdi

Bugun.tv xəbər verir ki, Milli Məclisin sonuncu plenar iclasında Millət vəkili Vüqar Bayramov dövlət büdcəsi icrasının daha da təkmilləşdirilməsi üçün təkliflərini təqdim edib.

Deputat bildirib ki, büdcə layihəsi ilə bağlı təqdim olunan sənəd uyğunlaşdırması vacibdir: “Bu kontekstdə təbii ki, hesabatın strukturu yeniləşməsi və büdcə müzakirələrində qeyd olunan həm risklər həm çağırışlara və 2024-cü ildə hansı səviyyədə reaksiya vermək, hansı risklər və çağırışlar aktiv oldu, onların aradan qaldırılması və nəzərə alınması ilə bağlı hansı addımlar atıldı və bunların təbii ki, icra olunması məqsəd uyğun olardı. Və bizim mütəvada olaraq müzakirə etdiyimiz makro səviyyədə proqnozlaşdırmaq metodologiyasının təkmilləşdirməsi vacib məqamlardandır. Təbii ki,  bəzi istiqamətlərdə kənarlaşmanın olması obyektiv səbəblərlə bağlıdır. Amma,  eyni zamanda nəzərə alsaq ki, 2014-cü ilin dövlət büdcəsini icrasında xərclərlə proqnoz arasında 2 milyarddan artıq fərq var. Eyni zamanda qeyd olunduğu kimi büdcə kəsiri proqnozu nisbətən altı dəfə 6,1 dəfə fərqlənib. Büdcə kəsirinin azalması müsbətdir. Amma bununla yanaşı proqnozla icra arasındakı kəskin fərqin olması bütövlükdə proqnozlaşdırma metodologiyasının yenidən baxılması və onun müzakirəsinin genişləndirməsini tələb edir. Büdcənin gəlirlər istiqaməti üzrə təbii ki, biz 2024-cü ildə də qeyri neft sektorunun dövlət büdcəsinə daxil olmalarını müşahidə etdik və etiraf etmək lazımdır ki iqtisadiyyat nazirliyinin yanında dövlət vergi xidmət tərəfindən şəffaflığın artırılması həm də, səmərəli idarəetmənin genişlənməsi müşahidə olunur. Amma bununla belə 2024-cü ildə bir sıra istiqamətlərdə nəzərdə turan proqnozdan büdcəyə daxil olmalar nisbətən az olub. O cümlədən qeydiyyat sektorunda illik yekunda azalmanın qeydə alınmasının izahatını təqdim olunması məqsədə uyğun olardı. Və digər mühüm məqamlardan biri də dövlət satılmalarla bağlıdır ki, bu da 24-cü ildə də 1 mənbədən satınalmaların payında artımlar var. Təbii ki, bir qismi obyektiv səbəblərlə bağlıdır, beynəlxalq toplantıların keçirilməsi ilə əlaqədar. Bütün hallarda hədəf xüsusən bir mənbədən satın almaların payın azalması və açıq tender yolu ilə dövlət satın almaların təqdim olunması olmalıdır”.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Rusiya mart seçkiləri zamanı ABŞ səfirliyi yaxınlığında təhlükəsizliyin gücləndirilməsini tələb edir – səfir

Bugün TV

Cinayət və Cinayət-Prosessual Məcəllələrdə dəyişiklik layihəsi plenar iclasda müzakirə edildi – VİDEO

Aynur Camal

Patruşev: Rusiya Finlandiya və İsveçə cavab verəcək.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu