Sosial

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi

Bugun.tv xəbər verir ki, 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutub. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən işsizlik, işıq, məişət və digər məsələlər ətrafında olub. Deputat hər bir müraciəti diqqətlə dinləyib, bir sıra məsələlər yerindəcə həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Eyni zamanda digər məsələlər isə nəzarətə götürülüb.

Deputat Elnarə Akimova da öz növbəsində vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğulayıb. O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd edib. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq olub.

Mənbə: Xeberaz.İnfo

Aynur Camal

Oxşar xəbərlər

“Əlilliyi olan sürücülər niyə 2 ildən bir rüsum ödəməlidirlər?” – ŞİKAYƏT

Bugün TV

6 335 şəxs sosial və peşə-əmək xidməti ilə təmin olundu

Aynur Camal

“Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu