22 C
Baku
27 İyul 2025, 9:55
Baş xəbər

Deputat Elnarə Akimova IV Uşaq Kitab Festivalında iştirak etdi

Bu gün Bakı İdman Sarayında ANAİB-in təşkilatçılığı ilə IV Uşaq Kitab Festivalı keçirilib.

Bugun.tv xəbər verir ki, açılışda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputatlar Elnarə Akimova və Mehriban Vəliyeva iştirak edib.

Deputat qeyd edib ki, ölkəmizdə artıq ənənəyə çevrilən bu cür kitab sərgisi və festivalların kitabın təbliği, balacaların mütaliəyə maraqlarının gücləndirilməsində böyük və mühüm rolu var. Uşaqlarla ünsiyyətdən, onların ifalarında səslənən musiqi parçalarını dinləməkdən zövq aldıq. Heyif ki, başqa tədbirə tələsirdim deyə çox qala bilmədim. Ruhum çox dincəlir belə ürəkaçan və faydalı tədbirlərdə. Bunun üçün ANAİB-in sədri Şəmil Sadiqə təşəkkür edirəm! Qeyd edim ki, tədbir aprelin 13-dək davam edəcək. Məncə, valideynlər və müəllimlər üçün yaxşı fürsətdir. Gedin, uşaqlarınıza kitab alın, mütaliəni onların yaşam tərzinə çevirin. Bəlkə nə vaxtsa onlar da deyəcəklər: “Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi”.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib

Bugün TV

Hərbi helikopter qəzaya uğradı: 2 nəfər öldü

Aynur Camal

Kolumbiyada silahlı hücumda 3 polis həlak oldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu