25 C
Baku
20 İyul 2025, 0:40
Baş xəbər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi – FOTO

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçicilərlə növbəti qəbulunu keçirib. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırdılar.

Bugun.tv xəbər verir ki, görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, təqaüd, infrastruktur problemləri və digər məsələlər ətrafında oldu. Deputat hər bir müraciəti diqqətlə dinlədi, lazımi tədbirlər görülməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanılacağını bildirdi.

Elnarə Akimova vətəndaşlarla görüşün önəmli olduğunu vurğuladı və qeyd etdi ki, seçicilərin rifahını yaxşılaşdırmaq, onların üzləşdiyi çətinliklərin həllinə nail olmaq onun fəaliyyətində əsas prioritetdir.

Deputat gələcəkdə də belə görüşlərin davamlı olacağını və hər bir müraciətin diqqət mərkəzində saxlanılacağını bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə bayraqlar yarıya endirildi

Aynur Camal

WhatsApp-dan fırıldaqçılar üçün pis xəbər: Mesajlar avtomatik bloklanacaq

Aynur Camal

Sənaye silindri partladı: 2 ölü, 6 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu