17 C
Baku
29 İyun 2025, 8:09
Sosial

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi

Bugun.tv – xəbər verir ki, 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərilə növbəti qəbulu baş tutub.

Görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra aktual məsələlərlə bağlı deputata müraciətlər ünvanlayıblar.

Qəbulda əsasən yol infrastrukturu, kanalizasiya sistemi, mənzillərin qeydiyyatı, idman sahəsindəki mövcud çətinliklər, ailə-məişət məsələləri və mənzil növbəsi ilə bağlı problemlər müzakirə olunub. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan deputat, qaldırılan məsələlərin aidiyyəti üzrə müvafiq dövlət qurumlarına çatdırılacağını və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Elnarə Akimova vurğulayıb ki, seçicilərin problemlərinin aradan qaldırılması, sosial rifahının yaxşılaşdırılması və onların dövlət orqanları ilə əlaqələndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. O, vətəndaşlarla birbaşa ünsiyyətin onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq baxımından mühüm olduğunu qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”

Aynur Camal

“Bayram qalası” günləri keçiriləcək

Aynur Camal

Sabah 37° isti olacaq

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu