9 C
Baku
21 Dekabr 2025, 16:17
Baş xəbər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi – FOTOLAR

Milli Məclisin deputat Elnarə Akimova seçicilərlə görüş keçirib.

Bugun.tv xəbər verir ki, 4 aprel 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutub.

Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən işsizlik, işıq, məişət və digər məsələlər ətrafında olub. Deputat hər bir müraciəti diqqətlə dinlədi, bir sıra məsələlər yerindəcə həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə saxlanıldı və digər məsələlər isə nəzarətə götürüldü. Deputat Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğulayıb. O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd edib. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq olub.

Aynur Camal

Oxşar xəbərlər

Dini bayram fəlakətə çevrildi!

Aynur Camal

Azərbaycan Slovakiya arasında fərman imzalandı

Aynur Camal

Bir çay qaşığı 1 milyard tona bərabərdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu