12 C
Baku
18 Fevral 2026, 17:59
İdman

Deputat erməniyə qalib gələn idmançıları təbrik etdi  

Bugun.tv xəbər verir ki, 93 saylı Bərdə şəhər dairəsinin deputatı Fatma Yıldırım erməni rəqiblərinə qalib gələn idmançıları təbrik edib.

“İdmançımız Nizami Əliyev İstanbulda yeniyetmələr arasında kikboksinq üzrə yarışda iki erməni rəqibinə qalib gələrək Avropa çempionu olub. Daha bir idmançımız, millət vəkili olaraq təmsil etdiyim Bərdə şəhər sakini Əli Mayılzadə də həmin yarışda öz çəki dərəcəsində rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Bu möhtəşəm qələbə münasibətilə hər iki idmançımızı ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır və idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırır. Çünki biz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə artıq qalib xalqın və qalib ölkənin nümayəndələri kimi bu beynəlxalq yarışlarda iştirak edirik. Döyüş meydanlarında əldə edilmiş Qələbə beynəlxalq idman yarışlarında da özünü əks etdirir. İstanbulda yeniyetmələr arasında keçirilən kikboksinq üzrə yarışda mükafatlandırma mərasimi zamanı dövlət himnimiz oxunarkən gənc idmançılarımızın Əsgər salamı vermələri Azərbaycan oğullarının vətəninə bağlılığını və gələcək nəsillərimizin vətən torpaqları uğrunda hər an döyüşə hazır olduğunu bir daha nümayiş etdirdi.
Gənc idmançılarımız Nizami Əliyevə və Əli Mayılzadəyə gələcək yarışlarda uğurlar arzulayıram!”, – F.Yıldırım bildirib.

Bugün TV

Oxşar xəbərlər

ICC T20 Dünya Kuboku – vacib qrup matçları ilə davam edir

Aynur Camal

Asiya qadın kriketinin yeni mərhələsi — Rising Stars turniri Bangkokda başladı

Aynur Camal

Sri Lanka Oman üzərində böyük hesabla qalib gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu