28 C
Baku
20 İyul 2025, 23:07
Baş xəbər

Deputat: “Iranın Azərbaycana qarşı münasibəti hər zaman qərəzli olub”

“Tarixə nəzər salsaq, görərik ki, Iranın Azərbaycana qarşı münasibəti hər zaman qərəzli olub. Son günlərdə baş verən hadisə də bunu bir daha təsdiqlədi. İran buna başqa don geyindirməyə çalışsa da, bu həqiqətə uyğun deyil. Şəxsi münasibətlər siyasi müstəviyə daşınmamalıdır.

Amma açıq-aydın görünür ki, bu planlaşdırılmış terror aktıdır və İran bundan xəbərsiz deyil. Səfirliklərin binası ərazi baxımından yerləşdiyi dövlətə yox, təmsil etdiyi ölkəyə aiddir. Necə ola bilər ki,  əlisilahlı bir şəxs çox rahat şəkildə dövlət əhəmiyyətli binaya daxil olur və polis bunu görmür? Görürsə də, mane olmur. Deməli, bu əvvəlcədən planlaşdırılıb.

Və bütün bu olanlar Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri ərəfəsində baş verir. Bu heç də təsadüfi hal deyil,  Azərbaycana qarşı olan qərəz və xainlikdən irəli gəlir”.

Bu sözləri Bugun.tv-yə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Bunun müvəqqəti və ya həmişəlik olması isə, İran tərəfindən asılıdır. Belə ki, rəsmi Tehran  bütün bu baş verənlərə görə üzr istəməli və  açıqlama verməlidir. Əks halda, İranla bütün iqtisadi-siyasi əlaqələr kəsiləcək.

Azərbaycanın İrandakı səfirliyinə qarşı olunan bu terror aktı Azərbaycanla bərabər, digər dövlətlərin də İrana qarşı siyasi etibarını sarsıltdı. Onsuz da son zamanlar İranda yaşanan iğtişaşlar İranı nüfuzdan salıb. Özünü islam ölkəsi adlandıran dövlət islami dəyərlərə hörmət etmir. Ard-arda gələn edam xəbərləri İranda insan hüquqlarının tapdanmasının göstəricisidir. Bu da Avropa Şurası tərəfindən qəbul edilmir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya prezidenti Putindən ABŞ-ın yeni seçilmiş prezidenti Trampa təbrik: Ukrayna-Rusiya müharibəsi bitəcəkmi?

Aynur Camal

Qəzza məhbuslarının geri qaytarılmasını imzalayanların sayı 142 minə yaxınlaşdı

Aynur Camal

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu