17 C
Baku
10 İyun 2025, 8:45
Baş xəbərSiyasət

Deputat Jalə Əhmədova Estoniya XİN-nin ölkəmizdə səfərdə olan nümayəndəsi ilə görüşdü-FOTOLAR

“Azərbaycanda səfərdə olan Estoniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi xanım Marge Mardisalu-Kaharla görüşdüm”.

Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

J.Əhmədovanın sözlərinə görə, Milli Məclisdə baş tutan görüşdə Estoniya XİN-in Cənubi Qafqaz üzrə müşaviri Kaie Kokr, Estoniyanın ölkəmizdəki Diplomatik Ofisinin direktoru Andrey Valentinov və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov iştirak edib.

“Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq ilk öncə qonaqları salamladım və onları Milli Məclisdə görməkdən məmnunluğumu ifadə etdim. Xanım Marge Mardisalu-Kahar qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və Azərbaycanla münasibətləri, parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini vurğuladı.

Görüş zamanı Azərbaycanın regionun inkişafı və sülh naminə həyata keçirdiyi təşəbbüslər, Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə bölgədə yaranan yeni əməkdaşlıq imkanları müzakirə edildi”, -deputat söyləyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yaponiyada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatdı

İntizar Əmirova

Meşə sahəsində baş verən yanğın söndürüldü

Bugün TV

Türkiyəyə ölkəmiz tərəfindən yardım kampaniyaları davam edir-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu