Digər

Deputat: “Kamal Abdullanın söz işığı gələcək nəsillərə yol göstərəcək”

Deputat Ceyhun Məmmədov Azərbaycan ədəbiyyatının və humanitar elmin görkəmli nümayəndəsi, yazıçı, alim, dövlət xadimi və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 75 illik yubileyi ilə bağlı paylaşım edib.

Deputat qeyd edib ki, ölkənin elmi və mədəni həyatında xüsusi yeri olan Kamal Abdulla zəngin yaradıcılığı, ədəbiyyata gətirdiyi yenilikçi yanaşmaları və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verib.

Ceyhun Məmmədov böyük sənətkarı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək ona uzun ömür, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Deputat bildirib ki, Kamal Abdullanın “söz işığı” gələcək nəsil ədəbiyyatsevərlərə daim yol göstərəcək.

Biz də Bugun.tv– saytı olaraq Azərbaycan ədəbiyyatının və humanitar elmin görkəmli nümayəndəsi, yazıçı, alim, dövlət xadimi və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 75 illik yubiley münasibətilə təbrik edirik.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya Hörmüz boğazına hərbçi göndərə bilər – şərt açıqlanıb

Aynur Camal

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu