22 C
Baku
9 Sentyabr 2025, 0:25
Baş xəbər

Deputat Kürdəmirdə seçicilərlə görüşdü

Milli Məclisin deputatı Jalə Əliyeva Kürdəmirdə seçicilərlə görüşüb.

Bugun.tv-in məlumatına görə millət vəkili bilidirb ki, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin ərazisinə daxil olan Kürdəmir rayonunun Axtaçı – Qarabucaq kəndində rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ilə birlikdə vətəndaşların səyyar qəbulunu keçirtdik.

Deputat bildirib ki, öncə 2024-cü ilin iqtisadi, sosial, diplomatik, siyasi uğurları haqqında danışdıq, ölkəmizdə gedən irimiqyaslı quruculuq işləri, o cümlədən 30 ildən artıq düşmən tapdağı altında qalan ərazilərimizdə həyata keçirilən nəhəng layihələr haqqında məlumat verdik. Eyni zamanda Kürdəmir rayonunda aparılan tikinti-quruculuq işlərinə toxunduq, gələcək planları müzakirə etdik.

Jalə Əliyeva qeyd edib ki, kənd sakinlərinin şikayət və təklifləri dinlənildi, onları narahat edən məsələlərdın bəziləri yerindəcə öz həllini tapdı. Araşdırılması vacib olan məsələlər ilə bağlı müvafiq qurumlara tapşırıqlar verildi. Ümumilikdə kənd əhalisini daha çox narahat edən kəndarası yolun əsaslı təmiri ilə əlaqədar Mərkəzi quruma müraciət etməyə qərar verildi.

Aynur Camal

Oxşar xəbərlər

Niyə Ay həmişə Yerə doğru eyni tərəfə baxır?

Aynur Camal

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva TEXNOFEST-də iştirak edirlər

Bugün TV

XXVI Avrasiya İqtisadi Zirvəsi keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu