32 C
Baku
19 İyul 2025, 16:04
Baş xəbər

Deputat Məlahət İbrahimqızı və icra başçısı Vətən müharibəsi şəhidini ziyarət edib – FOTO

Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Vətən Müharibəsi şəhidi İbrahim Abdullayevi ziyarət ediblər.

“Bugun.tv ” xəbər verir ki, bu gün şəhid İbrahim Abdullayevin doğum günüdür.

Deputat və icra başçısı ailə üzviləri ilə birlikdə, şəhidi ziyarət ediblər. Deputat Məlahət İbrahimqızı açıqlamasında qeyd edib ki, Azərbaycan gəncliyi Səninlə fəxr edir. Məğrur Şəhid Anamız Nərgiz xanım, İbrahim tək Sizin deyil, hər bir Azərbaycan Anasının oğludur. Onunla fəxr edirik. Azərbaycan Xalqı bu gün də, gələcəkdə də cənnət Vətənimizin müdafiəsinə, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına görə əziz Şəhidlərimizə, Qazilərimizə, Müzəffər Ali Baş Komandana və Qəhrəman Milli Ordumuza borcludur və borclu olacaq.

Allah bütün Şəhidlərimizə rəhmət etsin. Amin! Şəhidlər ölməz, Vətən bölünməz!

Bugün TV

Oxşar xəbərlər

Son dəqiqə! Azərbaycandan yeni qələbə!

Aynur Camal

Şimali Koreya lideri Kim Putinə mesaj göndərdi

Aynur Camal

İsveçrənin xarici işlər naziri “İsraili dəstəkləyən rəftarına” etiraz etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu